Bizim Xidmətlər

Peşəkar və şəfqətli ritual xidmətləri

Biz bu çətin dövrlərdə ailələrə tam dəstək göstərərək, ən yüksək səviyyədə ritual xidmətləri təqdim edirik. Hər bir xidmət diqqətlə və hörmətlə yerinə yetirilir.

Xidmətlər Kataloqu

Bizim geniş xidmətlər çeşidimizi araşdırın

Cəsədin balzamlanması

Cəsədin balzamlanması

Cəsədin balzamlanması – çürümə proseslərini yubatmaq məqsədi ilə dəfn edilənə qədər mərhumun cəsədi üzərində aparılan prosedurlar kompleksi. Cəsədin balzamlanması balzamlayıcı məhlulların inyeksiya vasitəsilə yeridilməsi ilə həyata keçirilir.

Çadır

Çadır

Çadırların kirayəsi və qiymətləri Hər növ mərasim çadırların (VİP və sadə) quraşdırılması. Yüksək xidmətimizlə komandamızla sizin qarşınızdayıq.

Cənazənin daşınması

Cənazənin daşınması

Yaxın insanla vidalaşmaq – hüzn və həyəcan dolu anlardır və onlara təşkilati məsələlərə görə narahatlıq və təşviş qatmağa dəyməz. Dəfnin təşkilinin “təlaş” doğuran məqamı həmişə tabutun daşınması və bu məsuliyyətli işin kimə etibar edilməli olması – tabut daşıyanlar olmuşdur.

Cəsədin eksqumasiyası

Cəsədin eksqumasiyası

İnsan cəsədinin eksqumasiyası Cənazənin qəbirdən çıxarılması və başqa yerdə təkrar dəfn edilməsi və ya onunla bağlı istintaq eksperimentlərinin aparılmasına yönəldilmiş bütün prosedur və işlər eksqumasiya adlanır. Bu prosedur yalnız hüquq mühafizə orqanlarının tövsiyələrinin olduğu halda və ya vəfat etmiş insanın qohumlarının tələbi ilə yerinə yetirilir. Eksqumasiyanın yerinə yetirilməsi yalnız vəfat etmiş şəxsin ölüm səbəbinin yoxlanması və təsdiq edilməsi, onun şəxsiyyətinin identifikasiyasına ehtiyacın yarandığı, eləcə də dünyasını dəyişmiş insanın son istəyini yerinə yetirən qohumlarının ayrıca istəyinin olduğu hallarda zəruridir. Bəzən eksqumasiya ümumi məzarlıq yerlərinin başqa yerə miqyaslı köçürülməsi zamanı da həyata keçirilir.

Dəfn

Dəfn

Azərbaycan, Bakı, Gürcüstan, Rusiya və rayonlarda dəfnin təşkili Dəfnin təşkili – dünyasını dəyişmiş insanlarla vidanın ayrılmaz mərhələsidir. Qohumların fikrinin təşkilati məqamlara yayınmaması və onların yaxın insanla rahat şəkildə vidalaşa bilmələri üçün hər şeyi nəzərə almaq və düşünmək vacibdir.

Dəfn maşını

Dəfn maşını

Dəfnin təşkili və keçirilməsi prosesində mühüm təşkilati məqam dəfn maşının axtarışı və seçimidir. Azərbaycanda bakı şəhərində mərasim xidmətimizin sərəncamında müxtəlif sinif avtomobillərdən ibarət şəxsi avtopark var.

Dezinfeksiya

Dezinfeksiya

“Ritual xidmətlər AzBaku” dəfn bürosunun mütəxəssisləri insanın ölümü və binada uzun müddət qalmasından sonra yaranmış xoşagəlməz qoxu, bakteriya və toksinlərdən yaxa qurtarmağa imkan verən xidmətlər kompleksi təqdim edir. Müasir avadanlığın köməyi ilə xüsusi preparatlarla yerinə yetirilən dezinfeksiyadan sonra təmizlənmiş binada bakteriya və qoxudan iz belə qalmayacaq.

Ehsan

Ehsan

Ehsan dəfnin keçirilməsinin məntiqi sonluğu, insanın ölümünü dərk və qəbul etmək, onu yad etmək, xoş sözlə xatırlamaq və qohum və yaxınlarını dəstəkləməyə imkan verən yekun prosedurdur. Bizim ritual agentlərimiz Sizin tövsiyə və istəklərinizi nəzərə almaqla ehsan vermək üçün yer seçəcəklər. Müəssisənin inzibatçısı ilə birlikdə biz menyunu razılaşdıracaq, zalın tərtibat xüsusiyyətlərini, eləcə də oturma yerlərinin sayını dəqiqləşdirəcəyik. Biz yalnız keyfiyyətli servis təqdim edən, ehsan menyusunun çeşidliliyinə zəmanət verən və yeməkləri müstəsna olaraq təzə məhsullardan hazırlayan sınanmış və etibarlı ictimai iaşə müəssisələri ilə əməkdaşlıq edirik.

Kremasiya

Kremasiya

Azərbaycanda kremasiya – ən qənaətli dəfn formasıdır. İçində meyitin külü olan urnanın kolumbarinin oyuğuna basdırılması adi dəfnlə bağlı, qəbiristanlıqda sahənin alınması, başdaşının qoyulması, sahəyə qulluq və s. kimi xərclərə qənaət etməyə imkan verəcək. Urnanı torpağa basdırırsınızsa, bunun da öz müsbət cəhətləri var: ölçüsünə (və qiymətinə) görə daha kiçik sahə tələb olunacaq və 15 illik sanitar müddətin bitməsini gözləmək lazım deyil. Moskvada üç dövlət krematorisi fəaliyyət göstərir: Rusiya krematoriləri Nikolo-Arxangelsk, Mitinsk və Xovansk qəbiristanlıqlarında yerləşir.

Məzara xidmət

Məzara xidmət

Azərbaycan, Rusiya, Ukraynanın bütün qəbiristanlıqlarında məzarlara xidmət Məzarlıqların qulluq olunmuş şəkildə saxlanması və məzarın təmizliyinə daimi qayğı – vəfat etmiş doğma insanın layiqli xatirəsinin qorunmasının ayrılmaz elementi, eləcə də onun doğma və yaxınlarının sevgisinin göstəricisidir. Biz müxtəlif hallar səbəbindən bu işlə məşğul ola bilməyən hər kəsə məzarlara qulluq xidmətləri təqdim edirik.

Molla

Molla

Mütəxəssislərimiz (keşişlə) molla ilə razılığa gələcək, onu vida zalına, evə, (kilsəyə) məscidə və ya qəbiristanlığa dəvət edəcək. Bütün mühüm məqamlar əvvəlcədən şərtləşdiriləcək və dəqiqləşdiriləcək. “Dəfn Xidmətləri” ritual agentlərinin peşəkarlığı sayəsində qohumlar prosedurun keçirilməsi və dəfnin təşkilinin bütün məqamlarına varmalı olmayacaqlar.

Panixida

Panixida

Vətəndaş panixidası — bu dünyasını dəyişmiş insanla dünyəvi vida mərasimidir. Vida binada və ya açıq meydançada mərhumla vidalaşmaq istəyən hər kəs üçün dəfn günündə və ya ərəfəsində müəyyən ssenari üzrə keçirilir. Vətəndaş panixidası (yas mitinqi) mərhumun aid olduğu dövlət, ictimai və ya kommersiya təşkilatı və yaxud qohumları tərəfindən onların hesabına təşkil edilir. Mərasimə bütün arzulayanlar dəvət edilir. Mərhumlar üçün vətəndaş panixidası əksər dəfnlərin bir hissəsidir.

Qəbirlərin qazılması

Qəbirlərin qazılması

Azərbaycanda, Rusiyada, Ukraynada qəbirin qazılması Qəbirlərin peşəkar qazılması dəfn yerinin planlaşdırılan vida prosedurana hazırlanmasını nəzərdə tutur. Bu vəzifənin öhdəsindən Azərbaycanda bizim dəfn büromuzun xidmətləri zəruri təcrübə və vərdişlərə malik olan, eləcə də qəbiristanlıqda yerin hazırlanması xüsusiyyətlərini yaxşı bilən peşəkar komandası gələcək. Bizim sərəncamımızda bütün zəruri inventar var, qəbiristanlıqda yerin razılaşdırılmış seçilməsi proseduru isə bizim ritual agentimiz tərəfindən qəbiristanlığın administrasiyası ilə həyata keçirilir.

Ritual agent

Ritual agent

Ritual agent (dəfn sərəncamçısı) — mərhumun qohumlarının tapşırığı ilə işləyən dəfn və yas tədbirlərinin təşkili üzrə mütəxəssisdir. Dəfnin təşkilində təcrübəli sərəncamçının iştirakı – praktik zərurətdir. Öz fəaliyyət sahəsinin bütün nüanslarını bilən peşəkar ritual agentinin savadlı hərəkətləri artıq xərclər, əsəbilikdən yaxa qurtarmağa və vaxta qənaət etməyə kömək edəcək. Ailələrin böyük əksəriyyəti hesab edir ki, dəfnlə təcrübəli, məsuliyyətli və etik baxımdan qüsursuz ritual agenti məşğul olmalıdır – o hər şeyi qohumlardan daha tez, daha yaxşı və etibarlı şəkildə edəcək.

Sənədləşdirilmə

Sənədləşdirilmə

Hüquqi xidmətlər. Mirasın rəsmiləşdirilməsi İnsanın vəfat etdiyi halda sənədlər paketinin düzgün rəsmiləşdirilməsi mirası problemsiz qəbul etməyə, şəxsi hesabları təkrar rəsmiləşdirməyə, eləcə də əmlak mülkiyyətçisinin dəyişməsi ilə bağlı bütün zəruri prosedurları yerinə yetirməyə imkan verir. Rusiyada bizim şəhər ritual xidmətinin mütəxəssislərinin sərəncamında bu prosedurları vaxtında, maksimum dəqiq və hüquqi baxımdan düzgün yerinə yetirmək üçün zəruri olan hər bir şey var. Həmçinin bizim mütəxəssislərimiz mirasın rəsmiləşdirilməsi və qəbul edilməsinə yardım edəcək və mümkün vərəsəlik mübahisələrini həll edəcəklər.

VIP dəfn

VIP dəfn

Vip dəfnlərin təşkili. VIP dəfnin təşkili Müştərilərin öz yaxınları üçün xüsusi dəfn keçirmək istəyi prosesə ən yüksək keyfiyyətə malik və ən yüksək səviyyəli bütün mərasim xidmətlərinin daxil edilməsi üçün səbəbdir. Biz yüksək səviyyəli elit dəfnin keçirilməsini təklif edirik.

Yük 200

Yük 200

Cənazələrin (yük 200) düzgün necə daşınmalıdır Dəfnin təşkili və keçirilməsi prosesində mühüm təşkilati məqamlardan biri cənazənin və ya tabutun yaxın və uzaq məsafədən daşınmasıdır. Yük 200 içində cənazə olan germetik lehimlənmiş sink tabut və ya içində kül olan urnanın qoyulduğu xüsusi konteynerdə daşınır. Yük 200-ün daşınması ilə dəfn şirkətləri məşğul olur. Yük 200-ün daşınması – cəsədin saxlanması və daşınma şərtlərinə riayət olunmasını, eləcə də böyük sayda icazə sənədlərinin rəsmiləşdirilməsini tələb edən mürəkkəb təşkilati vəzifədir. Bu vəzifəni, işini layiqincə yerinə yetirən Yük 200-ə əmanət edə bilərsiniz.

Kömək lazımdır?

Xidmətlərimiz haqqında ətraflı məlumat almaq və ya sual vermək üçün bizimlə əlaqə saxlayın.

Bizimlə Əlaqə Saxlayın